"Şans" MTK icra məmurunun tələblərini yerinə yetirməyib - MƏHKƏMƏ


"Şans" MTK-nın barəsində cərimə protokolu tərtib edilib.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
 
Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
 
İş hakim Vüsal Qurbanovun sədrliyi ilə araşdırılacaq.
 
Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.
Tarix: 14-07-2023, 22:48
Xəbəri paylaş





Xəbər lenti