Salyanda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

Salyanda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan SİAM.AZ-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Natiq Əliyev saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı külli miqdarda narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Tarix: 15-07-2023, 09:28
Xəbəri paylaş





Xəbər lenti