Şirvanda zavodda sursat partlayıb: ölən və xəsarət alan var - SON DƏQİQƏ

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı olub.
 
Hadisə saat 11.30 radələrində qeydə alınıb.
 
Yığma sexində sursatın partlaması nəticəsində bir nəfər işçi ölüb. Bir işçi müxtəlif xəsarətlərlə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Müdafiə Sənayesi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki,
 
bu gün saat 12 radələrində nazirliyin "Şirvan Araz zavodu" MMC-də M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən partlayış baş verib. Nəticədə bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.
 
Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcək./APA
Tarix: 24-07-2023, 12:51
Xəbəri paylaş





Xəbər lenti