Tərtər İH-də əməliyyat: Kərimov Bakıya gətirildi


Bir neçə saat əvvəl Tərtər rayon İcra Hakimiyyətində xüsusi əməliyyat tədbiri keçirilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri – baş memar Tofiq Ənvər oğlu Kərimov tutulub. 1 saata yaxın davam edən əməliyyat zamanı Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən ötən 5 il ərzində keçirilən tenderlərə aid sənədlər götürülüb. Başına qara torba keçirilən Tofiq Kərimovun Bakıya gətirildiyi bildirilir.
Qeyd olunur ki, əməliyyat keçirilən zaman başçı məzuniyyətdə olub.
Tarix: 1-08-2023, 12:14
Xəbəri paylaş





Xəbər lenti