"Carlsberg Azerbaijan" MMC - MƏHKƏMƏYƏ VERİLDİ

"Carlsberg Azerbaijan" MMC
"Carlsberg Azerbaijan" MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

DİA.AZ xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

İşə Abşeron Rayon Məhkəməsində hakim Cəmilə Səfiyeva təyin edilib.
Tarix: 3-08-2023, 08:05
Xəbəri paylaş





Xəbər lenti