Xəzər Boru Kəməri Konsorsiumunun terminalına dəniz dronları hücum etdi?..-FOTOLAR/VİDEO

Xəzər Boru Kəməri Konsorsiumunun terminalına dəniz dronları hücum etdi?..-FOTOLAR/VİDEO
Avqustun 4-nə keçən gecə Rusiyanın Novorossiysk şəhərində silsilə güclü partlayışlar baş verib. Rusiya internet ictimaiyyəti dəniz pilotsuz təyyarələrinin hücumundan danışır.

Moderator.az “UNİAN”a istinadla  xəbər verir kiŞ "Baza", "SHOT” və “VChK-OGPU” telegram- kanallarının məlumatına görə, suüstü hədəflərə atəş açılıb. Bir dəniz dronunun vurulduğu iddia edilir.  O, uzun müddət yandıqdan sonra çox yüksək səslə partlayıb. Partlayışın gücündən avtomobillərdə həyəcan siqnalı işə düşüb.

Bəzi ictimai mənbələrə görə, partlayışlar Xəzər Boru Kəməri Konsorsiumunun dəniz terminalının yerləşdiyi Yujnaya Ozereevka ərazisində baş verib. Təsdiqlənməmiş məlumatlara görə, dronlar neftin qəbul olunduğu “neft mayak” adlanan yerə hücum edib.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri Novorossiysk hərbi dəniz bazasına iki dəniz pilotsuz uçan aparatı ilə hücum etməyə cəhd edib, lakin onların hərbi dəniz bazasının xarici reydini qoruyan Rusiya gəmilərinin standart silahlarından açılan atəşlə məhv edildiyi iddia edilib.

Region rəhbəri Kondratyevin sözlərinə görə, tələfat və dağıntı yoxdur. Lakin hazırda yerli liman gəmilərin hərəkəti üçün bağlıdır.

Tarix: 4-08-2023, 09:37
Xəbəri paylaş





Xəbər lenti