“Araz Supermarket” 10 min manat cərimələnə bilər



“Araz Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində cərimə protokolu tərtib olunub.
 
Pravda.az-ın xəbərinə görə, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 275.2-ci (Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir) maddəsi ilə protokol yazılıb.
 
İş Sumqayıt Şəhər Məhkəməsinin hakimi Elçin Məmmədovun icraatındadır.
 
Tarix: 4-08-2023, 10:38
Xəbəri paylaş





Xəbər lenti