Gürcüstanda təbii fəlakət nəticəsində ölənlərin sayı artıb

Xilasetmə əməliyyatında 4 helikopter iştirak edir
Gürcüstanın Şovi kurort bölgəsində baş vermiş güclü torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
AYNA xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Daha iki nəfərin meyiti tapılıb. Ölənlərin sayı 15 nəfərdir”, - məlumatda deyilir.
Qeyd edək ki, xilasetmə əməliyyatında 4 helikopter, həmçinin 400 yanğınsöndürən və xilasedici iştirak edir. İndiyədək 210 nəfər təxliyə edilib. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili avqustun 7-ni ölkədə matəm günü elan edib.
Tarix: 5-08-2023, 23:15
Xəbəri paylaş





Xəbər lenti