Şəkidə istirahət mərkəzində yanğın olub

Yanğın zamanı xəsarət alan olmayıb
Şəkidə istirahət mərkəzində yanğın baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, ötən gün axşam saat 17:30-də rayonun Kiş kənd inzibati ərazisində dağlıq-meşəlik ərazinin yamacında inşa edilmiş “Xanlənd Ekstrim Əyləncə Mərkəzi”nin ümumi sahəsi 4 kv/m olan koteclərinin birində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Müfafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Yanğın nəticəsində katecin yanar konstruksiyaları və içərisində olan əşyalar yanaraq yararsız hala düşüb.
Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Tarix: 14-08-2023, 09:21
Xəbəri paylaş





Xəbər lenti