Şəkidə avtomobil ağaca çırpılıb, dörd nəfər ölüb


Fövqəladə Hallar Nazirliyi (FHN) Şəki şəhəri, Köbər Zəyzid kəndində yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
 
Siam.az
xəbər verir ki, FHN-nin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
 
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili ağaca çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
 
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər yaralı vəziyyətdə, 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
***
21:34
 
Bu gün saat 19 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.
 
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə nəticədə sürücü və avtomobildə olan 3 azyaşlı vəfat edib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
***
20:32
 
Şəkidə ağır yol qəzası baş verib.
 
Hadisə saat 19 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonu Köbər Zəyzid kəndinidən keçən hissəində baş verib.
 
Hadisədə üç nəfər ölüb, ikisi isə ağır xəsarət alıb.
 
İlkin məlumata görə, Şəkidən Oğuz rayonu istiqamətində hərəkət edən “Mercedes” markalı 10-VX-141 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
 
Hazırda hadisə yerində müvafiq qrumlar araşdırma aparır. Ölən və yaralana şəxslərin kimliyi dəqiqləşdirilir./APA
Tarix: 18-08-2023, 23:02
Xəbəri paylaş





Xəbər lenti