Rumıniyada yanacaqdoldurma məntəqəsində partlayış olub, ölən və yaralananlar var


Rumıniyanın Dimbovita qraflığının Krevedia kəndində yanacaqdoldurma məntəqəsində ardıcıl iki partlayış nəticəsində azı bir nəfər ölüb, 30-dan çox insan yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Rumıniya Radiosu məlumat yayıb. Səhiyyə naziri Aleksandru Rafilin sözlərinə görə, 7 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin fövqəladə hallar departamentinin rəhbəri Raed Ərafat bildirib ki, təxminən iki saat sonra ikinci partlayış baş verib və nəticədə 26 yanğınsöndürən yaralanıb. O əlavə edib ki, yeni partlayışlar təhlükəsi qalmaqdadır.
Hakimiyyət orqanları təxminən 300 m radiusda əhalini təxliyə edib və Buxarest istiqamətində güclü tüstünün yayıldığı barədə xəbərdarlıq edib.
Hadisə baş verən ərazidə nəqliyyatın hərəkəti dayandırılıb.
Tarix: 27-08-2023, 08:21
Xəbəri paylaş





Xəbər lenti