Baş Prokurorluq intihar edən hakimlə bağlı məlumat yaydı - FOTO



1963-cü il təvəllüdlü Salmanov Rahib Vaqif oğlunun özünü müalicə aldığı xəstəxananın binasından ataraq intihar etməsi ilə bağlı Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.
 
Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hazırda prokurorluq əməkdaşları hadisə yerində cəlb edilib, zəruri istintaq hərəkətləri həyata keçirilir.
 
Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.
 
Qeyd edək ki, R.Salmanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub, o, 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsində çalışırdı.
 Fotoları təqdim edirik


Tarix: 28-08-2023, 23:34
Xəbəri paylaş





Xəbər lenti