Azərbaycanda toyda kütləvi ZƏHƏRLƏNMƏ - 40 nəfəri ötdü...YENİLƏNİB

Ağstafa rayonunda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimində zəhərlənənlərin sayı 40 nəfəri ötüb.
Artıq 43 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
***
Ağstafada toyda zəhərlənənlərin sayı artıb.
Ağstafa rayonunda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimində zəhərlənənlərin sayı 14 nəfərə çatıb.
****
Ağstafada toy mərasimi zamanı zəhərlənən şəxslərin kimliyi məlum olub.
Musavat.com APA-ya istinadla siyahını təqdim edir:
Ağstafa rayonunun Həsənsu kənd sakini 1995-ci il təvəllüdlü Samir Məmmədli;
Tovuz rayonunun Cəlilli kənd sakini 2008-ci il təvəllüdlü Nihat Həsənov;
Tovuz rayonunun Yuxarı Öysüzlü kənd sakini 2007-ci il təvəllüdlü Nihat Həsənov;
Ağstafa rayonunun Xətai kənd sakini 1999-cü il təvəllüdlü İlham Hüseynov;
Tovuz rayon sakini 1982-ci il təvəllüdlü Sevda Ələsgərova;
Tovuz rayon sakini 2010-cu il təvəllüdlü Sadiq Quliyev;
Ağstafa rayon sakini 1986-cı il təvəllüdlü Könül Quliyeva;
***
Ağstafada zəhərlənmə faktı qeydə alınıb.
Hadisə rayonda yerləşən şadlıq sarayında qeydə alınıb.
Belə ki, şadlıq sarayında keçirlilən toy məclisində iştirak edən 7 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. (APA)
Tarix: 23-06-2024, 09:21
Xəbəri paylaş





Xəbər lenti