Daşkəsəndə ər arvadını BALTALADI - CİNAYƏT İŞİ AÇILDI

Daşkəsəndə ər arvadını BALTALADI
İyunun 24-də saat 02 radələrində Daşkəsən rayonu, Əmirvar kənd sakini 1985-ci il təvəllüdlü Atlas Ocaqverdiyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dia-az.İnfo xəbər verir ki, bu barədə Daşkəsən rayon prokurorluğunun məlumatında deyilir.

Araşdırma zamanı 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyevin aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək arvadı Atlas Ocaqverdiyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Teymur Ocaqverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Tarix: 24-06-2024, 10:06
Xəbəri paylaş





Xəbər lenti