İcra hakimiyyətinin saxlanılan əməkdaşının oğlu da yüksək vəzifəli şəxs imiş - ÖZƏL

İcra hakimiyyətinin saxlanılan əməkdaşının oğlu da yüksək vəzifəli şəxs imiş - ÖZƏL

Xəbər verdiyimiz kimi, dünən Daşkəsən rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov və ümumi şöbənin işçisi Yaqub Bayramov saxlanılıb.
Siam-az.com xəbər verir ki, 32gun.az-ın əldə etdiyi məlumata görə, saxlanılanlardan Elman Məmmədovun oğlu da Gəncədə yüksək vəzifə sahibidir. 
E.Məmmədovun oğlu Muraz Məmmədov Gəncə-Daşkəsən Region Mədəniyyət İdarəsinin rəis müavinidir.
M.Məmmədov 6 aydır ki, rəis müavini vəzifəzinə təyin edilib. O bundan öncə idarədə sektor müdiri vəzifəsini icra edib. 
Tarix: 26-06-2024, 14:22
Xəbəri paylaş





Xəbər lenti