Dayısına 1,4 milyon “atan” şəxs yenidən məhkəmə qarşısına çıxarılır


Bakıda dələduzluqda təqsirləndirilən Orxan Məhərrəmovun barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses iyulun 11-nə təyin edilib.
 
Şikayət hakim Murad Məmmədovun sədrliyi ilə araşdırılacaq.

 
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Orxan Məhərrəmova bəraət verilib. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Ali Məhkəmənin qərarına əsasən, aşağı instansiya məhkəməsinin çıxardığı qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib. 

 
Qeyd: Orxan Nazim oğlu Məhərrəmov dayısı Amil Famil oğlu Əliyevin 1 milyon 400 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, zərərçəkmişin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsində ibtidai istintaq aparılıb və cinayət işi üzrə 2019-cu ilin dekabrında Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə axtarış elan olunub.
Tarix: 8-07-2024, 14:44
Xəbəri paylaş





Xəbər lenti