Məşhur restoranda İYRƏNC MƏNZƏRƏ - Mətbəxində siçovul gəzir


Bakının mərkəzi küçələrinin birində yerləşən restoranının mətbəxində siçovul görüntülənib.
Oxu.az-ın əldə etdiyi məlumata əsasən, həmin görüntülər restoran əməkdaşları tərəfindən lentə alınıb.
Onlar gülərək siçovulun haradan mətbəxtə gəlməsi ilə bağlı bir-birilərinə suallar veriblər.
Qeyd edək ki, həmin restoranın "Biblioteka" olduğu iddia edilir.
Həmin görüntüləri təqdim edirik :

Qida Təhlükəsizliyi Agentliyi də (AQTA) məsələyə münasibət bildirib: “Məsələ tərəfimizdən nəzarətə götürülüb. Məlumat sosial şəbəkələrdən götürülərək araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.
Tarix: 8-07-2024, 15:34
Xəbəri paylaş





Xəbər lenti