Ağcabədidə narkokuryerdən 7 kiloqram heroin, tiryək və marixuana aşkar edilib

Ağcabədidə narkokuryerdən 7 kiloqram heroin, tiryək və marixuana aşkar edilib
Ağcabədidə narkokuryerdən 7 kiloqram heroin, tiryək və marixuana aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Siam-az.com-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səbuhi Mamedov saxlanılıb.

Həmin şəxsdən 7 kiloqram heroin, tiryək və marixuana aşkarlanıb.

O, maddi qazanc müqabilində sosial şəbəkə vasitəsilə tanıdığı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Tarix: 16-07-2024, 08:50
Xəbəri paylaş





Xəbər lenti