Şəmkirli məşhur iş adamı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb - DETALLAR



Şəmkirdən olan iş adamı İbadət Məhərrəmov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb.
Oxu24.com   saytının əldə etdiyi məlumata görə, iş adamı müstəntiq Azər Kazımov tərəfindən  dindirilib.

Fotoda iş adamı İbadət Məhərrəmov
 
Məlumata görə, iş  adamından şikayəti  Ağstafa rayonu, Köçəsgər  kənd  sakini  Mehman  Məmmədov  edib.
 
 İddiaya görə, iş  adamı  İbadət  Məhərrəmov  Mehman Məmmədovun həbsdə olan oğlunun azadlığa buraxılmasına  yardımçı  olmaq  məqsədi  ilə  ondan  pul alıb.
 

Fotoda - Şikayətçi Mehman Məmmədov 
 
Mehman Məmmədovun  iddiasına görə, bu  işin həyata keçirilməsi məqsədi ilə müxtəlif dövrlərdə  İbadət Məhərrəmova  58 min  manat  və  4500  ABŞ dolları məbləğində  pul verib. 
 
Həmçinin bu işlə bağlı pulun verilməsində vasitəçi olduğu iddia edilən şəxs Ələsgər Cabbarov da dindirilib.
 

Ələsgər Cabbarov
 
Qeyd edək ki, mediada tərəflərin pul müzakirəsinə dair səs yazıları yayılmışdı.
 
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən iş adamı İbadət Məhərrəmovun vəkili Bəxtiyar Muradlı məlumatı təsdiqləyib.
 
“İbadət müəllim qanuna uyğun olaraq Prokurorluqda izahatını verib”,-deyə vəkil açıqlamasında bildirib.
 

(Vəkil Bəxtiyar Muradov)
 
Miri Məcidli
 
Oxu24.com
Tarix: 16-07-2024, 18:20
Xəbəri paylaş





Xəbər lenti