Avtomobilini başqasına satsa da, cərimələr hələ də onun adına gəlir – “MƏHKƏMƏ ŞƏRT QOYUB Kİ, YA CƏRİMƏNİ ÖDƏ, YA DA…”

Avtomobilini başqasına satsa da, cərimələr hələ də onun adına gəlir – “MƏHKƏMƏ ŞƏRT QOYUB Kİ, YA CƏRİMƏNİ ÖDƏ, YA DA…”

Şəmkir rayonu, Düzqışlaq kənd sakini İsayeva Lətafət Allahverdi qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Baş Dövlət Yol Polis İdarəsinin rəisi Ramiz Zeynalova müraciət edir:
“Canab rəis!
Yazıb sizə bildirmək isteyirem ki, mənə məxsus olan vaz 21 06 markalı, IOFT 449 qeydiyyat nişanlı avtomobilimi Göy-göl rayon sakininə satmışam. İndi isə mənim verdiyim etibarnamənin vaxtı bitib, lakin həmin maşında olan qanun pozuntuları mənim ünvanıma gəlir. Məndən polis tələb edir ki, cəriməni ödəyim.
Bu barədə Şamkir Rayon Yol Polisİ İdarəsinə dəfələrlə müraciət etsəm də, ordan mənə yalnız bildirirlər ki, sizin maşın Göy-Göl ərazisində qanun pozub, tədbir görməyə bizim səlahiyyətimiz çatmır.
Nəzərinizə çatdırmaq istəyirəm ki, mən Göy-Göl rayon Dövlət Yol Polisinin rəisinə yazılı surətdə müraciət etmişəm. 3 ay keçməsinə baxmayaraq, heç bir xəbər yoxdur. Bilmirəm, kimə, hansı quruma müraciət edim. Maşına niyə həbs qoyulmur, onu da başa düşə bilmirəm.
Mənim bildiyimə görə, maşın cərimə meydançasına aparılmalıdır. Qadın olduğum üçün bu işlərin gedişatını yaxşı bilmirəm. Satdığım maşına yazılan cərimələr oğlumun adına gəlir. Məhkəmə oğlumun qarşısına şərt qoyub ki, ya cəriməni ödə, ya da sürücülük hüququndan məhrum olacaqsan. Bu səbəbdən də cəriməni ödədik. Cəriməni göndərirlər, amma müraciət etdikdə isə deyirlər ki, bizim səlahiyyətimiz çatmır.
Canab rəis!
Sizdən xahiş edirəm ki, məsələ ilə bağlı mənə köməklik edəsiniz”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 2-08-2024, 22:18
Xəbəri paylaş





Xəbər lenti