Bir addım irəli, üç addım geri və ya millimizin növbəti macərası
Malta gəzintisinin məntiqi sonluğu: rəqiblər dəyişsə də, nəticələr dəyişmir
İyunun 3-də UEFA Millətlər Liqası çərçivəsində C liqasının 3-cü qrupunda Azərbaycan futbol millisi ilk oyununa çıxacaq. Bu turnir ərəfəsində komandanın son təlim-məşq toplantısı isə Maltada baş tutdu. Canni de Byazinin formalaşdırdığı kollektiv toplantı zamanı əvvəlcə meydan sahibləri ilə, daha sonra isə Latviya millisi ilə üz-üzə gəldi.
Nəticələr azarkeşlərə bəllidir. Birinci görüşdə minimal hesabla (0:1) məğlub olan Azərbaycan yığması, ikinci oyunda da “nizamı” pozmadı və yenə də 1 qolla uduzdu.
Amma bu, hər bir emosiyadan uzaq quru statistik məlumatdır. Əslində isə ölkənin əsas komandasının Malta səfəri daha həcmli şərhə və daha əsaslı nəticələr çıxarmağa əsas verdi.
AFFA tutduğunu buraxmır
Əvvəla onu qeyd etmək lazımdır ki, Malta və Latviyaya qarşı keçirilən oyunlar, hesabın eyni olmasına rəğmən, fərqli ssenarilər üzrə cərəyan etdi və ikili təəssürat yaratdı. Əlbəttə ki, bunda rəqiblərin fərqli səviyyələri də az rol oynamadı.
Etiraf etməliyik ki, Malta Baltikyanı ölkə təmsilçilərindən daha müasir və sürətli futbol oynayır. Məhz bundan irəli gəlir ki, latışlarla qarşıdurmada Azərbaycan komandası bir qədər baxımlı futbol nümayiş etdirdi. Amma istənilən halda, sərgilənən oyun bir müddət sonra unudulur, nəticə isə tarixin yaddaşına həkk olunur.
Təəssüf ki, müstəqil Azərbaycan futbolunun tarixinə bu dəfə də adət etdiyimiz qara səhifə yazıldı. Və növbəti dəfə bu idman növündə vəziyyətin faciəvi olması hamımıza əyani surətdə bəyan olundu. Lakin görünən odur ki, yerli federasiya rəhbərliyi baş verənlərdən elə də narahat deyil.
Ötən il Canni de Byazi ilə müqaviləni uzatmaq qərarını verən AFFA, sanki hər şeydən razı qaldığını və Azərbaycan azarkeşinin bundan artığına layiq olmadığını nümayiş etdirir. İtaliyalı da tutduğu yolu (əgər buna yol demək mümkündürsə) davam etdirir: məzmunsuz və dişsiz oyun, meydanda nə etmək istədiyini anlamayan bir qrup ora-bura qaçan şəxs.
Bunun üzərinə futbolçuların məsuliyyətsizliyini də gəlsək, mənzərə tam olar. Yeri gəlmişkən, oyunçuların məsuliyyətsizliyinə Malta səfərində kifayət qədər nümunə gətirmək olar. Amma biz sadəcə bu görüşlərin axarına təsir edən, necə deyərlər, taleyüklülərini qeyd edək.
Məsuliyyətsizlik, laqeydlik...
Birinci görüşdə meydanın mərkəzində heç bir təhlükə olmadan itirilən top, ardından isə kapitan sarğısını daşıyan Maksim Medvedyevin melanxolik davranışları qapımıza vurulan qolu reallaşdırdı. Latviya ilə qarşılaşmada isə rəqib qolu son dəqiqələrdə vurdusa da, buna zəmin kollektivin veteran üzvü Qara Qarayevin 30-cu dəqiqədəki məsuliyyətsiz davranışı oldu. Vizavisinə qarşı son ümid foluna görə Qara meydandan qovuldu və görüşün qalan hissəsini millimiz azlıqda keçirməli oldu.
Əlbəttə ki, futbol dinamik oyundur və istənilən anda meydanda səhvə yol verilə bilər. Amma, birincisi, səhvdən səhvə fərq var: bir var ekstremal vəziyyətdə verilən səhv qərar, bir də var laqeydlikdən irəli gələn yanlış addım. İkincisi isə, Azərbaycan yığması elə gücə malik deyil ki, oyun əsnasında oyunun axarını öz xeyrinə dəyişsin.
Odur ki, heç olmasa, məsuliyyətsizlikdən irəli gələn səhvlərdən sığortalanmaq lazımdır. Amma çox təəssüf ki, komandamızda bunu reallaşdıracaq nə məşqçi korpusu var, nə də lider.
Belə legionerlər kimə lazımdır?
Qeyd etdiyimiz kimi, qarşıda bizi UEFA Millətlər Liqasının oyunları gözləyir. Rəqiblər isə bizim üçün kifayət qədər ciddi sayıla bilər. Ən azından Slovakiya millisi yer aldığımız qrupun şəksiz favoritidir. Elə Belarus da bizim üçün asan yem olmayacaq. Nəzərə alsaq ki, artıq yığmamız son təlim-məşq toplantısını başa vurdu və qarşıda heç bir yoxlama oyunları gözləmir, proqnozlar öncəki illərin gözləntilərindən heç nə ilə fərqlənməyəcək: bizi aşkar fiasko gözləyir.
Və bunu da nəzərə alaraq, məşqçilər korpusu heç olmasa indi heyətlə bağlı ciddi düşünüb-daşınmalıdır. Ən azından Riçard Almeyda (33 yaş) və Filip Ozobiç (31 yaş) kimi karyeralarının ən yaxşı vaxtını geridə qoymuş milliləşdirilən əcnəbilərin əvəzinə kollektivə yerli gənclər gətirilməlidir. İndi tutulan yol isə heç bir perspektiv vəd etmir.
Buna Malta toplantısı zamanı keçirilən iki oyun ən bariz nümunədir. Və, əlbəttə, AFFA nəhayət anlamalıdır ki, Canni de Byazi o mütəxəssis deyil ki, Azərbaycan futbolunu irəli aparsın.
Tarix: 31-03-2022, 08:16
-
Bu gün, 10:56
Savadsız kimdir: 40 ilin müəllimi, yoxsa?.. -Müəllimləri imtahana çağıranların özlərinin imtahana ehtiyacı var
-
Bu gün, 10:52
Fransa bölgədə növbəti hərbi münaqişəyə təhrik edir
-
Bu gün, 10:51
Sabiq icra başçısı dövlət qurumunu məhkəməyə verdi - Nə tələb edir?
-
Bu gün, 10:47
Aİ “Meta”nı qaydalara əməl etməməkdə ittiham edir
-
Bu gün, 10:38
Pilot layihə adı altında məmur maxinasiyaları... Dələduz şirkətləri himayə edənlər kimdir? VİDEO
-
Bu gün, 10:36
"Atlant" İstirahət Mərkəzindən natəmizlik baş alıb gedir - ŞİKAYƏT
-
Bu gün, 10:31
Oqtay Əsədova bağlı olduğu deyilən şirkət 370 minlik tender qazandı
-
Bu gün, 10:29
"Unique Group" valyuta vəsaitini xaricdən geri qaytarmayıb
-
Bu gün, 09:58
“Azercell” bu tarifin də xidmət haqqını artırdı - BAHALAŞMA!
-
Bu gün, 09:57
"AZƏRENERJİ"də dövlət vəsaitləri kimlərin nə kimi şəxsi maraqlarına sərf edilir?
-
Bu gün, 09:51
“Türkiyədə 14 manat olan dərman Azərbaycanda 70 manatdır”
-
Bu gün, 07:47
Diplomlu işsizlər və statistik iş yerləri - AKTUAL
-
Bu gün, 07:45
Bir gecədə taksilərin qiyməti od tutub yandı - VİDEO
-
Bu gün, 00:02
Xaçmazda 100-ə yaxın ağac kəsildi - VİDEO
-
Dünən, 22:31
Kardiologiya İnstitutunda ÖZBAŞINALIQ - direktor nazirin əmrini heçə sayır?
-
Dünən, 22:28
Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Nizami Salahovun ailəsini ziyarət edib
-
Dünən, 22:26
Qiymət artımı nələrə səbəb olacaq?
-
Dünən, 22:24
Müştərisi “İstanbul Meyhane Bilgəh”dən narazıdır - Əlavə pullar alınır
-
Dünən, 22:23
Siyasi qüvvələrin arzusu və ümidi: fərqli seçki gözləntisi - NƏ BAŞ VERİR?
-
Dünən, 22:21
Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Müşviq İsmayılovun ailəsini ziyarət edib
-
Dünən, 22:19
Abid Şərifova məxsus olduğu bildirilən şirkət məhkəmə qarşısında
-
Dünən, 22:18
"Nar" şirkətinə yeni departament direktoru təyin edilib - FOTO
-
Dünən, 22:15
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Poladlı kəndində keçirilib
-
Dünən, 21:47
“Nar” komandası “Breyn Rinq” yarışının qalibi oldu
-
Dünən, 21:46
KXCP sədri seçkiyə haradan qatılacaq? - AÇIQLAMA
-
Dünən, 21:41
Beyləqan xəstəxanasında qadınlara iynə vurulan otağa gizli kamera qoyulub? – ŞOK İDDİA / VİEO
-
Dünən, 21:40
İsrail bu ölkə ilə müharibəyə hazırlaşır!
-
Dünən, 21:36
“Azercell”də qiymət baha, xidmət aşağıdır – Ekspert
-
Dünən, 21:34
“AzGerneft” vətəndaşa NECƏ PROBLEM YARADIR... - Prezidentə müraciət olundu
-
Dünən, 17:56
“Formula-1”dəki mənimsəmə ilə bağlı məhkəmə işi: “Amerikada bahalı mülklər alıb”
{sape_links}{sape_article}