Cüdoçularımızın Dünya çempionatında biabırçı çıxışı davam edir
Azərbaycanın daha iki cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatını medalsız başa vurub.90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev və Murad Fətiyev 1/8 final mərhələsində məğlub olublar. Onlar müvafiq olaraq Markus Niman (İsveç) və İvan Felipe Silva Moralesə (Kuba) yeniliblər.
Bundan öncə DÇ-də daha 9 cüdoçumuz medalsız qalıb. Komandamız ümumlikdə 13 idmançı ilə turnirə yollanıb ki, onlarda 11-i artıq mübarizəni başa vurub.
Daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), qadınlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar.
Dünya çempionatı mayın 14-də başa çatacaq.
Tarix: 11-05-2023, 23:01