“Yuventus”un 10 xalı silindi

“Yuventus”un 10 xalı silindi
İtaliya Futbol Federasiyasının (FIGC) Federal Apellyasiya Məhkəməsi “Yuventus”u bu mövsüm ölkə çempionatında 10 xaldan məhrum edib.
Bu barədə bazar ertəsi FIGC-nin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, yanvar ayında FIGC Apellyasiya Məhkəməsi klubun maliyyə fırıldaqları ilə bağlı işinə yenidən baxıb. Nəticədə “Yuve” A Seriyasında 15 xaldan məhrum edilib, klubun keçmiş rəhbərləri isə müxtəlif müddətlərə futboldan uzaqlaşdırılıblar. Turin klubu bu qərardan apellyasiya şikayəti verib. Aprel ayında İtaliyanın Ali İdman İdarəsi FIGC məhkəməsinə qərarı yenidən nəzərdən keçirməyi və yeni məhkəməyə qədər sanksiyaları ləğv etməyi əmr edib.
Qeyd edək ki, 10 xaldan məhrum olan “Qoca sinyora”nın hazırda 59 xalı var və İtaliya çempionatının turnir cədvəlində ikinci pillədən yeddinci yerə yuvarlanıb.
Mənbə: TASS
Tarix: 22-05-2023, 23:49
Xəbəri paylaş





Xəbər lenti