“Mançester Yunayted” 6 milyard avroya satıldı

“Mançester Yunayted” 6 milyard avroya satıldı
Premyer Liqada tarazlığı dəyişəcək böyük satış olub.
İndex.az xəbər verir ki, İngiltərənin köklü futbol klublarından olan “Mançester Yunayted” 6 milyard avroya qətərli Şeyx Casim Bin Həməd Əl Taniyə satılıb.
2005-ci ildə ADA komandasının bütün səhmlərini 790 milyon funta alan amerikalı Qleyzer ailəsi bir müddətdir ki, klubun satışı üçün Qətər Şeyx Əl Tani ilə danışıqlar aparırdı. Son zamanlar azarkeşlərin artan təzyiqi və borc yükü ilə məşğul olmaqdan yorulan Qleyzer ailəsi nəhayət ki, klubu satmağa razılıq verdi.
Qətər əmiri Həməd bin Xəlifə Al Taninin qardaşı Şeyx Casim uzun müddət idi ki, Böyük Britaniyaya sərmayə qoymağı planlaşdırırdı. 6 milyard avroya bütün “Mançester Yunayted”in sahibi olan Jassim klubun dünyanın ən böyük brendlərindən birinə çevrilməsini istəyir.
Tarix: 15-06-2023, 07:47
Xəbəri paylaş





Xəbər lenti