"Brent" markalı neftin qiyməti 3 dollar düşdü

"Brent" markalı neftin qiyməti 3 dollar düşdü ICE birjasında 2017-ci ilin mart fyuçersləri üzrə "Brent" markalı neftin qiyməti yanvarın 3-ü axşam saatlarında 2,99 dollar enərək, 55, 39 dollar/barelə düşüb.

APA xəbər verir ki, bu göstərici 2016-cı ilin 27 dekabrından bəri ən aşağı göstəricidir. Qeyd edək ki, dünən günorta saatlarında "Brent" markalı neftin bir barelinin qiyməti təxminən 3 faiz qalxaraq, 2015-ci ilin iyulundan bəri ilk dəfə olaraq 58 dolları keçmişdi.

Ekspertlər qiymətin aşağı düşməsini dolların kəskin möhkəmlənməsi ilə əlaqələndirilirlər.
Tarix: 4-01-2017, 08:07
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}