İnhisarçılar fındıq istehsalçılarını ağır vəziyyətə salıb

İnhisarçılar fındıq istehsalçılarını ağır vəziyyətə salıb Ötən il fındığı 5 manat satan istehsalçıların indi onu iki dəfə aşağı satmalarının səbəbini kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmlidən soruşduq. Mütəxəssisin cavabını təqdim edirik:

“Kəndlidən fındığın 1 kiloqramını 2 manat 20 qəpiyə alırlar. Nəzərə alsaq ki, 2,5 kiloqram fındıqdan 1 kiloqram ləpə əldə olunur, bu hesabla 1 kiloqram ləpənin alış qiyməti emal müəsisəsinə 3 dollar 23 sentə başa gəlir.


Dünya bazarında fındıq ləpəsin keyfiyyətindən aslı olaraq 10-14 dollar arasında təklif olunur. Deməli kəndlidən alınan xammal emaldan sonra dəyərindən ən azı 3 dəfə baha qiymətə ixrac olunur. Kəndlilərdən xammalın ücüz alınması, emalın və hazır məhsul ixracının inhisarda olması ilə balıdır. Fındıq istehsalçıları üçün seçim imkanı yoxdur, əldə etdikləri məhsulu dəyər-dəyməzinə inhisarçılara verməli olurlar. Əhalinin alıcılıq qabilliyyəti kəskin şəkildə aşağı düşdüyü üçün daxili bazarda fındığa təlabat da ciddi olaraq azalıb. Hakimiyyətin yarıtmaz siyasəti nəticəsində fındıqçılıqla məşğul olan fermerlər, kəndlilər zərərə məruz qalacaq”.
Tarix: 8-09-2017, 08:54
Xəbəri paylaş





Xəbər lenti