Saxta pul dövriyyəsi ilə bağlı təhlükə marketləri hərəkətə gətirdi - SOS...

Saxta pul dövriyyəsi ilə bağlı təhlükə marketləri hərəkətə gətirdi - SOS... İri marketlərdə saxta pul nişanlarını təsbit edən qurğular quraşdırılır


Bu günlərdə saxta pul dövriyyəsi ilə bağlı təhlükə ölkə paytaxtındakı iri marketləri hərəkətə gətirib.


Moderator.az-a daxil olan məlumata görə, bəzi sahibkarlar saxta pul təhlükəsini önləmək üçün marketlərdə xüsusi avadanlıqlar quraşdırıblar. Bu avadanlıqlar saxta pul nişanlarını təsbit edərək xüsusi siqnal vasitəsi ilə bu barədə xəbərdarlıq edir.

Mənbənin sözlərinə görə, uzun illərdir ki, ticarət mərkəzlərində gözə dəyməyən qurğuların yenidən “geri qayıtması” son vaxtlar marketlərə saxta pul təqdim edən dələduzların sayının artması ilə bağlıdır. Məhz bu təhlükə sahibkarları daha diqqətli olmağa, bu təhlükəni önləmək üçün əlavə tədbirlər görməyə vadar edib.

Bilgili qaynağın sözlərinə görə, kassalara bitişik şəkildə quraşdırılan bu avadanlıqlar ölkəmizə xaricdən gətirilir və onları “aldatmaq” hardasa mümkünsüzdür.
Tarix: 9-09-2017, 00:05
Xəbəri paylaş





Xəbər lenti