Korrupsiya ilə mübarizə bələdiyyələrdə aparılacaq

Korrupsiya ilə mübarizə bələdiyyələrdə aparılacaq Azərbaycanda korrupsiya hüquqpozmaları ilə mübarizə subyektlərinin əhatə dairəsi genişləndirilir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində Azərbaycan Prezidentinin təqdim etdiyi “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılır.

Layihəyə əsasən, yerli özünü idarəetmə orqanları, bu orqanların rəhbər və işçi şəxsləri, o cümlədən burada xüsusi səlahiyyət üzrə təşkilati sərəncam verici və inzibati təsərrüfat funksiyalarını həyata keçirən şəxslər də korrupsiya hüquqpozmalarının subyektləri hesab olunacaq.


Bununla korrupsiya ilə mübarizə bələdiyyə orqanlarını da əhatə edəcək. Layihə komitənin sentyabrın 12-də keçiriləcək iclasında müzakirə olunacaq.

Siam.az
Tarix: 9-09-2017, 15:52
Xəbəri paylaş





Xəbər lenti