Azərbaycana milyardlar gətirəcək mənbə

Azərbaycana milyardlar gətirəcək mənbə AÇG-nin işlənməsi üzrə sazişi 2050-ci ilədək uzadılır

Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” (AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilir.


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edirlər. Dövlət başçısı mərasimdə nitq söyləyib.

Qeyd edək ki, ötən il dekabrın 23-də Bakıda SOCAR və BP-nin əməliyyatçısı olduğu ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) AÇG yataqlar blokunun gələcək işlənməsi üçün niyyət məktubu imzalayıb. Sənəd blokun 2050-ci ilədək işlənməsinə dair razılaşmanın prinsiplərini əks etdirir.

AÇG Bakıdan şərqdə təxminən 100 km məsafədə yerləşən nəhəng yataqlar blokudur. O, Xəzər dənizində istismarda olan ən böyük neft yatağıdır və 432 kvadratmetrdən çox ərazini əhatə edir.

AÇG-də BP (operator - 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.Azərbaycana milyardlar gətirəcək mənbə
Tarix: 14-09-2017, 15:49
Xəbəri paylaş





Xəbər lenti