"Araz" market müştərilərin bonusunu oğurlayır - GİLEY

"Araz" market müştərilərin bonusunu oğurlayır - GİLEY "Araz" mağazalar şəbəkəsi oğurluqda ittiham olunur.

Bakıda fəaliyyət göstərən "Araz" Marketlər Şəbəkəsi müştərilərin alış-veriş etdiyi kartlardakı bonusları öz kartlarına daxil edir.

Bu kartlarla bağlı mətbuatda mütəmadi olaraq yazılar yayımlanır.


AZXEBER.COM-a şikayət edən müştəri, Haniyə Ərdəbili bildirib ki, "Araz" marketdə bonusları "yoxa çıxır": "Mən uzun müddətdir ki, Araz marketdən alış-veriş edirəm. Təbii ki, bir çox marketlərdə olduğu kimi Araz marketdə də, kart təqdim edilir və bizim alış-veriş etdiyimiz bonuslar həmin karta daxil edilir. Mən bu gün kartımı yoxlatdırdım və diqqətimi çəkən məqam oldu ki, 480 bonusdan – cəmi 12 bonus qalıb. Bu necə ola bilər ? Əslində hər dəfə baxırdım nəsə azalır, amma fikir vermirdim, bu gün əmin oldum ki, alış-verişdən topladığım bonuslar oğurlanır və yenidən öz ciblərinə gedir. Böyük bir market şəbəkəsi bu oğurluğu niyə etməlidir ? Bəlkə də düşünürlər ki, mən turistəm və asanlıqla bonusumu oğurlayıblar. Düşünürəm ki, bu hörmətsizlikən yaranan qalmaqal digər müştərilərin diqqətini çəkəcək və mağaza öz müştərilərini yavaş-yavaş itirməyə başlayacaq.

Məsələylə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. "Araz" market müştərilərin bonusunu oğurlayır - GİLEY
"Araz" market müştərilərin bonusunu oğurlayır - GİLEY
Tarix: 18-09-2017, 17:02
Xəbəri paylaş





Xəbər lenti