SOCAR-da hər 6 fəhləyə bir müdir düşür

SOCAR-da hər 6 fəhləyə bir müdir düşür 2017-ci ilin avqustun 1-nə olan məlumata görə, SOCAR-da 50,4 min nəfər işçi çalışır ki, onlardan 69%-i (34,9 min nəfər) fəhlə, 31%-i (rəhbər – 5,9 nəfər, mütəxəssis – 9,3 min, texniki icraçı – 0,3 nəfər) isə qulluqçulardır.


Bu barədə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov məlumat verib

Onun sözlərinə görə, son 23 il ərzində işçilərin ümumi sayında ali təhsillilərin sayı 16%-dən 33%-ə qalxıb və 2017-ci ilin avqustun 1-nə kimi SOCAR ali təhsillilərin sayı 16,6 min nəfər təşkil olub. “29 yaşa qədər işçilər 9,9% (5 min nəfər, onlardan 4,5 min nəfəri kişi, 500 nəfəri qadın) təşkil edir. Şirkətin müəssisə və təşkilatlarında 260-dan çox elmlər və fəlsəfə doktoru çalışır”, – deyə X. Məmmədov qeyd edib.

Vitse-prezident bildirib ki, 1995-ci ilin yanvarın 1-dək SOCAR-da 77 mindən çox işçi çalışıb, onların 72%-i fəhlə, 24%-i rəhbər işçi və mütəxəssislər idi.



Siam.az
Tarix: 21-09-2017, 14:23
Xəbəri paylaş





Xəbər lenti