Xəbərdarlıq: yeni iqtisadi böhran gəlir - Braun

Xəbərdarlıq: yeni iqtisadi böhran gəlir - Braun Böyük Britaniya və iqtisadi durumu dayanıqlı olmayan digər dövlətlər növbəti dəfə maliyyə böhranı yaşaya bilər.

Axar.az xəbər verir ki, bu sözləri BBC-yə açıqlamasında İngiltərənin keçmiş baş naziri Qordon Braun deyib. O bildirib ki, ilk onluqda yer alan bankların 2007-18-ci illərin maliyyə böhranı zamanı müflisləşmə həddinə çatmasına səbəb onların böhran risklərindən xəbərdar olmaması yox, "özündənrazılıq" hissinin nəticəsi idi.

Saqib baş nazir Braun növbəti böhranın Asiyanın rəsmi tənzimləyici nəzarətə tabe olmayan “kölgə bank” kimi tanınan banklarından gələ biləcəyini ehtimal edir. Və bu səbəblə Böyük Britaniya hökumətinin maliyyə sabitliyini təmin etməsi üçün “Bank of England" ilə daha sıx işləməli olduğunu vurğulayıb.
Tarix: 29-09-2017, 15:39
Xəbəri paylaş





Xəbər lenti