Çörəyin qiymətində artım olub?

Çörəyin qiymətində artım olub? Bakıda şəbəkə mağazaların birində un məmulatı olan lavaşın qiymətində artım müşahidə olunub. Bu barədə məlumatı Hövsan rayon sakinləri məlumat veriblər
Cumhuriyyet.net bildirir ki, BiG.AZ-a daxil olan məlumata görə artıq dünəndən lavaşın qiymətində orta hesabla 10 qəpik artım müşahidə edilib. Sakinlərin redaksiyamıza verdiyi məlumata görə bir gün öncə 80 qəpiyə satılan Şərur lavaşı bu gün 7 qəpik artaraq 87 qəpik olub.

Un məmulatı olan lavaşın qiymətinin artması yaxın gələcək üçün çörəyin qiymətinə də təsir edəcəkmi, çörəyin qiymətində artım olacaqmı? Bu sual ətrafında BiG.Az-a danışan İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri – mətbuat katibi Abbas Əliyev çörək məmulatlarında qiymət artımının olmadığını, bu məsələnin isə araşdırılacağını bildirdi: “Çörək məmulatları strateji məhsul olduğu üçün ciddi dövlət nəzarətindədir. Hazırda isə əminliklə deyirəm ki, çörəyin, eləcə də çörək məmulatlarının qiymətində heç bir artım olmayıb, olmağı da gözlənilmir. Lavaş və digər məhsullar isə strateji məhsul olmadığı üçün dövlət nəzarətində deyil. Əgər artım olubsa belə burada istehlakçılar sərbəstdir”.
Qeyd edək ki, lavaşın qiymətini artıran şəbəkə mağazanın adı nazirliyə təqdim edilib.
Tarix: 5-10-2017, 17:05
Xəbəri paylaş





Xəbər lenti