Əliyev soyğunçu bank faizləri haqqında nə düşünür?

Əliyev soyğunçu bank faizləri haqqında nə düşünür? Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə ictimaiyyətinin diqqətini bu ölkədə kredit faizlərinin aşağı salınmasının vacibliyinə yönəldib və narahatçılıqla bildirib ki, yüksək faizlər davam edərsə, Türkiyəni bir çox müsibətlər gözləyir. “Faizlərin 100-də 20 olduğu bir məmləkətə investor sərmayə qoymaz!”, “Belə şərait bahalaşmaya, səfil ailələrin sayının sürətlə artmasına gətirib çıxarar!” kimi fikirlərlə mövqeyini qətiləşdirən Türkiyə Prezidenti faizçi akıllarla, faiz lobbilərinin yaklaşımlarıyla oturub-durmaq fikrində olmadığını çox açıq şəkildə ifadə elədi.

Bəs, Azərbaycanın dövlət başçısı bank kredit faizləri haqqında nə fikirləşir? Axı bizim ölkədə tətbiq olunan bank faizlərinin çox yüksək olması, onun soyğunçu, əsarət xarakteri indi bütün ölkənin baş ağrısına çevrilib. Əgər 20 faizlik bank kreditləri, onun yarada biləcəyi fəsadlar sayın Ərdoğanı narahat edirsə, nə üçün 28, 30, 36 faizlik bank kreditləri hörmətli İlham Əliyevi narahat eləməyir? Bəs hökumət üzvləri bu haqda danışmağı niyə özlərinə rəva görməyirlər? Olmaya xalqın nələr çəkdiyindən xəbərsizdirlər? Xəbərsizdirlərsə, daha pis!


Burası dəqiqdir ki, hakimiyyət nəyə qadir olduğunu, xalqa, ölkəyə münasibətini çox açıq şəkildə ortaya qoyub. Nəticə göz qabağındadır: iş yerləri bağlanmaqda, bahalaşma sürətlənməkdə, müflisləşmə böyüməkdə, yatırımçılar ölkəni tərk etməkdədirlər. Bunlardan xalqa gün ağlayan olmaz. Xalqın yaşadığı müsibətlərə göz yumanların bundan sonra da davam edəcəklərinə şübhə qalmayıb.
Tarix: 6-10-2017, 07:38
Xəbəri paylaş





Xəbər lenti