Bayramla əlaqədar olaraq bazarlarda canlanma yaranıb. Canlanma ilə yanaşı məhsulların müəyyən qədər bahalaşdığını da müşahidə edə bilərik. Bəs, bu bahalaşma bayram bazarlığına necə təsir edəcək?
Sfera.az bu barədə iqtisadçı-ekspert Natiq Cəfərlinin fikirlərini öyrənib.
O bildirib ki, bayram süfrəsi üçün maksimal vəsaiti hesablamaq mümkünsüz olsa da, təxmini olaraq minimal xərc söyləmək mümkündür:
"Çərəz, mer-meyvə, bişiriləcək xörəklər üçün lazım olan ədviyyat, tərəvəzləri də hesablasaq, bu məbləğin təxminən 150 manat civarında ola biləcəyini demək olar. Nə qədər vəsait xərclənəcəyini dəqiq demək bir az çətindir. Çünki süfrədəki bolluq şəxsin cibindəki məbləğə bağlı məsələdir”.
Hazırda bayram yarmarkalarındakı qiymətləri sizə təqdim edirik. Bu qiymətlərə baxaraq, Novruz bayramı üçün nə qədər vəsait ayırmalı olduğunuzu özünüz də təxmini hesablaya bilərsiniz:
Portağal - 1.80 manat
Alma - 1.50 manat
Mandarin - 2.50 manat
Ananas - 6 manat
Kivi - 2.50 manat
Pomidor - 5 manat
Xiyar - 4 manat
Badımcan - 2 manat
Səməni - 1 manat
Armud 3.50 – 4 manat
Şabalıd – 10 manat
Püstə - 22 manat
İydə - 5 manat
İnnab - 6 manat
Təmizlənmiş badam – 22 manat
Qoz ləpəsi – 16 manat
Fındıq ləpəsi – 15 manat
Kişmiş – 8 manat
Ət - 12 manat
Nigar Məhərrəm