Rusiyaya qarşı “dollar müharibəsi”:“Siyasi zəlzələ” yaradacaq


Xəbər verildiyi kimi ABŞ Maliyyə Nazirliyi 14 şirkət və 17 şəxsə qarşı yeni sanksiyalar tətbiq edib.

Elə bundan sonra dollar və avro rekord həddə bahalaşıb. Bununla bağlı birjalarda çaxnaşma yaranıb.  Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən sonra rubl getdikcə dəyərini itirib. Artıq Moskva birjasında rublun məzənnəsi dollar və avroya qarşı xeyli zəifləyib. Belə ki, avro 72,08 rubla satılır ki, bu da ötən ilin avqustundan bəri ən yüksək həddədir. Yaranmış vəziyyət ekspert və investorların ciddi narahatlığına səbəb olub.

Dolların məzənnəsi isə 58,7 rubl təşkil edib. Mütəxəssislər belə hesab edib ki, rublun getdikcə ucuzlaşması Rusiya ətrafında baş verən son hadisələrlə əlaqədardır. Bu isə onu göstərir ki, Rusiyaya qarşı həm də dollar müharibəsi başlayıb.

Siyasi şərhçi Natiq Miri “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, sanksiya tətbiq olunmaq barədə qərar verilsə də əsasən rus oliqarxlarının 14 şirkətinə məxsus böyük məbləğdə kapitallar hələlik dondurulmayıb: “Əgər milyardlarla ölçülən bu kapitallar dondurularsa, o zaman artıq Rusiyaya qarşı çox ciddi təsirlərin olacağını təxmin etmək olar. Təkcə birjalarda rublun ucuzlaşması həm də çox ciddi bir “siyasi zəlzələ” yarada bilər.

O baxımdan düşünürəm ki, bu dəyişikliklər hələlik Rusiya birjasında sanksiya haqqında verilən qərarın təsiri ilə bağlıdır. Dediyim kimi əgər bank hesablarındakı milyardlarla ölçülən kapitallar dondurularsa, bundan sonra çox ciddi dəyişikliklər ola bilər. Yəni Kremldə siyasi zəlzələnin olması mümkündür”.

Alçina Amilqızı

Tarix: 12-04-2018, 00:06
Xəbəri paylaş





Xəbər lenti