3-cü devalvasiya yoxsa sadəcə “küy”?



3-cü devalvasiya yoxsa sadəcə “küy”?


3-cü devalvasiya olacaqmı, olmayacaqmı?


Azərbaycan manatının əsas xarici valyutalara nəzərən son bir il ərzində mövcud olan rəsmi məzənnələrinə baxış keçirdikdə ortaya çox maraqlı bir tablo çıxır. 07.04.2017-14.04.2018 tarixləri arasındakı dövrü əhatə edən göstəricilərə görə, son 1 il ərzində manatın məzənnəsi ABŞ dolları 1.70 AZN səviyyəsində sabit olub və demək olar ki, dəyişməyib.

Manat qonşu ölkələrin valyutaları Türk lirəsi və Rus rublu qarşısında müvafiq olaraq 8% və 9% dəyər qazanıb Belə ki, son 1 il ərzində türk lirəsi 0.4562 AZN-dən 0.4131 AZN-ə, rus rublu isə 0.0299 AZN-dən 0.0275 AZN-ə enib.

Bura qədər hər şey yaxşıdır, amma, burdan sonra necə deyərlər “kərəmi ağlamaq tutur”.

Çünki dünya ticarətində digər əsas valyutalar olan avro və İngilis funt sterlinqi qarşısında çox da möhkəm dayan bilməyib. Dövr ərzində avro qarşısında 15.5%, funt sterlinq qarşısında isə manat 13.9% ucuzlaşıb. Avro 1.81 AZN-dən 2.09 AZN-ə, funt sterlinq isə 2.12 AZN-dən 2.41 AZN-ə qədər bahalaşıb.

Bunlardan sonra belə nəticəyə gəlmək olar ki, devalvasiya dedikdə manatın xarici valyutalara görə dəyərdən düşməsi nəzərdə tutursunuzsa, manat hər gün yumşaq şəkildə devalvasiya və revalvasiyaya onsuz da məruz qalır. Lakin, məzənnələrdə ani və kəskin bir şəkildə dəyişilikliyi nəzərdə tutursunuzsa, cari makroiqtisadi göstəricilərə, xüsusilə tədiyyə balansına (1.7 milyard dollar profisit) əsasən demək olar ki, belə bir risk hazırda yoxdur. Mövcud tək risk, qlobal miqyasda yarana biləcək hansısa hərbi toqquşmanın Azərbaycana sıçraması və ya mümkün təsirləri ola bilər. moneta.az 
Tarix: 16-04-2018, 08:45
Xəbəri paylaş





Xəbər lenti