Dollar alanlar "yandı" - Manatda kəskin dəyişiklik gözlənilir?

 ABŞ, İngiltərə və Fransanın Suriyaya hava hücumundan sonra dolların bütün dünyada bahalaşacağı gözlənilirdi. Yerli iqtisadçılar da verdikləri proznoqda dollar və neftin qiymətinin daha çox bu hadisədən asılı olacağını deyirdilər.

Ötən həftə 4.19 Türk Lirəsinə (TL) yüksələrək tarixi rekorda imza atan dollar bu gün 1.10 TL olub. Bir sözlə, qonşu ölkədə dolların daha da bahalaşacağını proqnazlaşdıranlar və bu ümidlə dollar alanlar zərərə uğrayıblar.Maraqlıdır, belə kəskin dəyişiklik Azərbaycanda da müşahidə edilə bilərmi?
 
Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bu haqda danışıb: 

"Azərbaycanda dolların məzənnəsi üzən məzənnə ilə deyil, inzibati qayda ilə tənzimlənir. Birjalarda qiymətli kağızlar və valyuta birjası olmadığından, hər an məzənnədə bir dəyişiklik olmadığından baş verən ciddi siyasi hadisələr belə manatın məzənnəsinə təsir etmir. Azərbaycandan fərqli olaraq Türkiyədə valyutanın məzənnəsinin müəyyənləşdirilmə qaydaları fərqlidir. Bu səbəbdən deyə bilərik ki, Azərbaycanda bu cür dalğaların olması mümkünsüzdür”. 
Tarix: 16-04-2018, 22:23
Xəbəri paylaş





Xəbər lenti