Xarici sərmayələr ötən illə müqayisədə 361 milyon azalıb


Nemət Əliyev

Xarici sərmayədarlar niyə burada duruş gətirmir? Onların öz sərmayələrini ölkəmizdən çıxarmasının nədir səbəbi? Yüksək tribunalardan bu xalqa inkişaf nağılları söyləyənlərdən kim bunun açmasını deyə bilər? Bu ilin I rübündə Azərbaycana qoyulan xarici sərmayələrin ötən ilə nəzərən 31% və ya 361 milyon dollar azalmasının səbəblərini inkişaf nağılları ilə izah edən tapılarmı?Bəs 2015-ci ilin I rübü ilə müqayisədə bu göstəricinin bu il 811 milyon dollar (50%) azalmasını hansı nağılla izah etmək olar? Məlumat üçün xatırladım ki, xarici sərmayələr
2018-ci ilin I rübündə 816 milyon dollar,
2017-ci ilin I rübündə 1177 milyon dollar,
2016-cı ilin I rübündə 1243 milyon dollar,
2015-ci ilin I rübündə 1627 milyon dollar olub.
Dinamikadan göründüyü kimi 2015-ci ildən sonra ölkəmizə yönələn xarici sərmayələr bir qayda olaraq azalmaqda davam edib.

Tarix: 20-04-2018, 08:30
Xəbəri paylaş





Xəbər lenti