Bakıda gilasın bir kilosu 34 manatdır - VİDEO

 Ərik, şaftalı və gilas - artıq bu meyvələr bazarda satışa çıxarılıb.

Milli.Az bildirir ki, xarici ölkələrdən gətirilən bu məhsullar bazara yeni çıxarıldığından qiymətləri bahadır. Məsələn bazarda əriyin bir kiloqramı 10-15 manat arasındadır. Xüsusi qablaşdırılmış halda satılan əriyin qiyməti isə daha ucuzdur.

Bazara yeni çıxarılan gilas və şaftalının qiyməti də müxtəlifdir. Məsələn gilasın bir kiloqramı 34 manata satılır.

Satıcılar deyir ki, məhsullar bazara yeni çıxdığından təlabat azdır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda gilasın bir kilosu 34 manatdır


Tarix: 29-04-2018, 23:56
Xəbəri paylaş





Xəbər lenti