"Araz" market alıcıları belə aldadır: Əvvəl qəpik, indi manat...


Ölkədə fəaliyyət göstərən ticarət şəbəkələrində, əsasən supermarketlərdə istehlakçı hüquqlarının pozulması adət halına çevrilib. Son günlər iri marketlərdən şikayətlər artmaqdadır ki, bunun da sırasında “Araz” supermarketlər şəbəkəsinin adı çəkilir. 

Paytaxtın müxtəlif ərazilərində fəaliyyət göstərən bu şəbəkənin demək olar ki, bütün filialları fırıldaqçılıqla məşğuldur. Belə ki, marketin vitrinindəki qiymətlə qəbzə yazılan qiymət arasında kifayət qədər fərq olur ki, bu da alıcıların ciddi narazılığına səbəb olur.

Cebhe.info əməkdaşı bu hala bir neçə dəfə şahidlik edib. Belə ki, Xətai rayonu Aşıq Ələsgər və Elman Qasımov küçələrində yerləşən "Araz”  supermarketdə malların vitrin qiymətləri ilə kassa qiymətləri düz gəlmir.  Alınmış məhsul 1 manat 20 qəpikdirsə, kassada onun qiyməti 1 manat 35 qəpik çıxır. Yəni bütün məhsullardan 15-20 qəpik artıq qazanc götürülür. Bu marketdə dəfələrlə belə hala rast gəlinib. 

Elman Qasımov küçəsində yerləşən filialda alıcılardan biri vitrində 2 manat 55 qəpiyə təklif olunan diş fırçasının qiymətini kassada 6 manat 50 qəpiyə çıxdığını görüb. Digər bazarlıq da edən alıcı kassada məbləğin çox olduğunu görüb etiraz edib. Məlum olub ki, diş fırçası qəbzə ikiqat vurulub. Diş fırçasını qaytaran alıcı bu dəfə başqa diş fırçasını götürüb və kassaya yaxınlaşıb. Onun da qiyməti vitrində olduğundan 2 manat çox çıxıb. Nəticədə alıcı bu vəziyyətə etiraz edərək, məhsulu geri qaytarıb. 

Məsələ burasındadır ki, baş verən bu olaya marketin satıcıları da səssiz qalır. Onlar marketin müdafiəçisi kimi çıxış edərək, sanki vəziyyətdən xəbərsiz kimi görünürlər. 

Buna bənzər hal Xətai rayonu, Aşıq Ələsgər küçəsindəki “Araz” supermarketdə də yaşanıb. Hər məhsulda 10-15 qəpik istehlakçılara qaytarılmır. Bu cür fırıldaqçılıqla istehlakçıların hüquqları bu marketdə hər an pozulur. Beləliklə də ortaya külli miqdarda əlavə məbləğin yığışması meydana gəlir. 

Alçina Amilqızı

Tarix: 1-05-2018, 14:55
Xəbəri paylaş





Xəbər lenti