Ərzaq təhlükəsizliyi kampaniyası xırda istehsalçıları sıradan çıxardacaq


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Prezidentin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanında dəyişiklik edilib.

Bu barədə İlham Əliyev imzaladığı yeni fərmanda deyilir.

Məlumata görə, aparat işçilərinin sayı 135 ştata, regionlar üzrə say isə 665 ştata çatdırılıb.

Qeyd edək ki, bundan öncə cəmi 75 ştat təşkil edirdi.
Çox uzun illər ərzində hakimiyyət əhalinin qida təhlükəsizliyi məsələsinə heç bir diqqət göstərməyib. Yalnız bu yaxınlardan başlayaraq bu məsələ müstəsna əhəmiyyət verilir. Birdən-birə Agentliyin əməkdaşlarının sayının on dəfə artırılması qarşıya qoyulan məqsədin miqyasından xəbər verir. Əhalinin maddi həyat şəraitinin yaxşılaşdırılmasına heç vaxt qayğı göstərməyən hökumətin belə nəhəng struktur yaratması pis niyyətlərdən xəbər verir. Rayonlarda aqroparklar yaratmaq kimi böyük kənd təsərrüfatı layihəsinə girişən hakimiyyətin başlıca məqsədinin bu sahədə monopoliya yaratmaq istəyi artıq heç kimdə şübhə doğurmur. Ərzaq təhlükəsizliyi Agentliyinin bu monopoliyanı möhkəmləndirmək üçün yaradılmasını başa düşmək çətin deyil. Yeni Agentlik kənd təsərrüfatı monopolistlərinə yardımçı funksiyasını yerinə yetirməklə onların mövqelərini daha da möhkəmləndirəcək. Xırda təsərrüfatların istehsal etdiklərini bazara çıxarmaq imkanından məhrum edilməsi onların müflis olması ilə nəticələnəcək.

Tarix: 2-05-2018, 08:24
Xəbəri paylaş





Xəbər lenti