Spirtli içkilərin qiyməti dəfələrlə artdı-Türkiyədə


Türkiyənin Nazirlər Kabinetinin verdiyi qərarla bu ölkədə spirtli içkilərdən alınan vergi ilə bağlı dəyişiklik edilib.

Unikal.org bildirir ki, spirtli içkilərə tətbiq edilən bəzi vergi dərəcələri azaldılıb, bəzilərində isə artırılıb.

Likör, şərab və viski kimi spirtli içkilərə tətbiq edilən vergi dərəcələri azaldılıb. Türkiyədə daha çox içilən rakı içkisi və araqlara tətbiq edilən vergi dərəcələri isə xeyli artırılıb.

Dəyişiklik Avropa İttifaqının uyğunluq qanunları çərçivəsində Türkiyənin götürdüyü öhdəliklərlə bağlıdır. Belə ki, Türkiyə yüksək dozada spirtli içkilərin vergilərini eyniləşdirmə öhdəliyi götürüb.

Tarix: 6-05-2018, 09:14
Xəbəri paylaş





Xəbər lenti