Ölkəyə rüsumsuz 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret gətirmək mümkün olacaq - dəyişiklik


Milli Məclisin növbədənkənar iclasının bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər də müzakirəyə çıxarıldı. Layihə barədə məlumat verən maliyyə naziri Samir Şərifov dedi ki, dəyişiklikliyə əsasən, idxal zamanı aksiz vergisindən azad olunan spirtli içkilərin həcmi 2 dəfə, siqaretin həcmi isə 3 dəfə azaldılır. Bununla da fiziki şəxslər fərdi istehlak üçün 1,5 litr alkoqollu içkini, 200 ədəd siqareti ölkəyə gətirərkən heç bir rüsum ödəməyəcəklər. Bundan əvvəl 3 litr spirtli içkinin, 600 ədəd siqaretin fərdi istehlak üçün Azərbaycan ərazisinə gətirilməsi aksizdən azad idi. 

Dəyişiklik səsə qoyularaq yekdilliklə qəbul olundu.


Musavat.com

Tarix: 29-06-2018, 14:25
Xəbəri paylaş





Xəbər lenti