“Azərbaycanda yol tikintisi korrupsiyaya xidmət edir” – İqtisadçı


“Sumqayıt yolunun təmirə bağlnması ciddi ictimai etirazlara səbəb olub. Etirazlar hətta parlament iclasına qədər davam edib. Əks arqument budur ki, yolun təmiri qaçılmaz idi”. 

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Qadir İbrahimli deyib.

 

Q.İbrahimli qeyd edib ki, etirazlara səbəb bu cür təmir layihələri korrupsiyaya xidmət edir:

“Təbii ki, dünyanın hər yerində yollar təmir edilir və heç bir yerində də nəinki etiraz olmur, əksinə, sakinlər bu tip layihələri dəstəkləyirlər. Bəs bizdə niyə yol təmirinə sakinlər nəinki etiraz edir, hətta icraçılara nifrət və qarğış edirlər. Səbəb çox sadədir - Azərbaycanın korrupsiya mühiti çox şəffafdır, hamı bilir ki, məqsəd təmirdən çox, pul silməkdir”.

Q.İbrahimli yaxın keçmişdə baş verən bir faktı da diqqətə çatırıb: “Bibi-heybət yolunun genişləndirilməsi layihəsi yeqin yadınızdadır. İşin icrası “Azəryolservis”-in 71 saylı Yol İstismarı İdarəsinə tapşırılıb. İş icraçısı universiteti yenicə bitirmiş bir mühəndis olub. Gənc mühəndis işi çox vicdanla icra edib və axşam bu barədə idarənin rəisi Xəqani Kazımova məruzə edib. Ancaq rəisdən təşəkkür əvəzinə danlaq görüb. X.Kazımov əsəbi şəkildə bildirib ki, bəs gələn il nə "yeyəcəksiniz”.


Tarix: 30-06-2018, 14:42
Xəbəri paylaş





Xəbər lenti