Dünyanın ən ucuz benzini bu ölkədədir - Siyahı

 “Blomberq” agentliyi dünyada Aİ-95 benzininin ən ucuz və ən baha olduğu ölkələrin siyahısını tərtib edib.
Axar.az xəbər verir ki, yeni hazırlanan reytinq cədvəlinə əsasən, dünyada ən ucuz benzinin Venesuelada satıldığı bəlli olub. Belə ki, burada 1 litr Aİ-95-in dəyərinin 0,01 dollar olduğu müəyyən edilib. Növbəti yerlərdə İran (0,28 dollar) və Küveyt (0,35 dollar) qərarlaşıb. İlk onluqda isə Nigeriya (0,41 dollar), Misir (0,43 dollar), Səudiyyə Ərəbistanı (0,54 dollar), Malaziya (0,54 dollar), İndoneziya (0,67 dollar), BƏƏ (0,68 dollar), Rusiya (0,72 dollar) özünə yer edib.
Ən bahalı benzinin satıldığı yerlər siyahısında isə ilk yeri Honkonq (2,09 dollar) tutub. İlk onluqda həmçinin Norveç (2,02 dollar), Niderland (1,93 dollar), Yunanıstan (1,91 dollar), İtaliya (1,91 dollar), Danimarka (1,90 dollar), İsrail (1,86 dollar), Portuqaliya (1,83 dollar), Finlandiya (1,79 dollar), Fransa (1,78 dollar) qərarlaşıb.
Qeyd edək ki, reytinq cədvəlində Qafqazdan heç bir ölkənin adı yer almayıb.
Tarix: 30-07-2018, 10:28
Xəbəri paylaş





Xəbər lenti