Marixuana və kazino turist cəlb edə bilər, amma...


Ekspert: “Marixuana və kazinonun leqallaşması getdikcə təhlükəsizlik məsələsi baxımdan da problemlər yarada bilər...”

Azərbaycanda turizmin inkişafi istiqamətində son illər xeyli iş görülüb. Müxtəlif istirahət mərkəzləri tikilib, turizmlə bağlı videoçarxlar hazırlanıb. Azərbaycan Dövlət Turizm Agentliyinin müstəqil qurum kimi fəaliyyətə başlaması isə bu istiqamətdə yeni işlərin görüləcəyindən xəbər verir.

Görülən işlərin nəticəsində ölkədə turistlərin sayı ötən illərlə müqayisədə xeyli artıb. Lakin ekspertlər bildirirlər ki, hələ də qonşu ölkələrlə müqayisədə Azərbaycana olan turist axını kifayət qədər aşağıdır.

Son günlər ölkəyə turistlərin cəlbi istiqamətində edilən təkliflər sırasında marixuananın leqallaşması, kazinoların açılması ilə bağlı fikirlər də səsləndirilir. Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycanda marixuana leqallaşarsa, kazinolar açılarsa, Gürcüstana olduğu kimi ölkəmizə də gələn turistlərin sayı artar.

Georgia casino ile ilgili görsel sonucu

Gürcüstanda kazinolara turistlərin necə maraq göstərməsi barəsində Azərbaycan mətbuatında xeyli yazı dərc olunub. Bu ölkəyə yalnız kazino oynamaq üçün hər il yüzlərlə turist səfər edir. Azərbaycanda isə 1998-ci ildən etibarən kazinoların fəaliyyəti qadağandır.

Jurnalist Azər Qərib bir müddət öncə ölkədə kazinoların açılması ilə bağlı təklif səsləndirmişdi. O bildirmişdi ki,  kazinoların fəaliyyətini bərpa etməklə dövlət büdcəsi xeyli gəlir əldə edər. Bundan başqa, qonşu Tiflisə yalnız qumar üçün yollanan xarici turistləri buraya gətirər.

marixuana ile ilgili görsel sonucu

Azərb Qərib kazinoların yalnız turistlər üçün nəzərdə tutulmasını yerli sakinlərin oraya buraxılmasının əleyhinə olduğunu da söyləmişdi: “Monte-Karlo kazinosu bu balaca dövlətə gəlir gətirir, amma heç bir Monako vətəndaşı orada oynaya bilməz. Bu qanundur. Bildiyiniz kimi, kazinolara pasportsuz buraxmırlar və Monte-Karlo kazinosu dünyada bəlkə də yeganə yerdir ki, orada Monako pasportuna hörmət etmirlər. Müəyyən yerlərdə, müəyyən məhdudiyyətlərlə, Azərbaycan vətəndaşlarının buraxılmaması şərti ilə işləyən kazinolar həm investisiyaların gəlişi, həm də iş yerləri deməkdir”.

turizm üzrÉ ekspert Elxan VÉliyev ile ilgili görsel sonucu

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan turizm üzrə ekspert Elxan Vəliyev söylədi ki, əslində Azərbaycanda marixuananın leqallaşması, kazinoların açılması bir çox problemlərə səbəb ola bilər: “Təbii ki, marixuananın ölkədə istifadəsi leqallaşarsa və kazinoların fəaliyyəti qanuni olarsa, ölkəyə turistlərin axını arta bilər. Ancaq demək olmaz ki, bununla ölkəyə gələn turistlərin sayında böyük fərqlər yaranacaq. Çünki gələn turistlər müxtəlif kateqoriyalara bölünür. Əgər turistlər sırf qeyd etdiyimiz məqsədlə gələcəklərsə, bu, artıq bizim mədəniyyətimizə zidd olan haldır. Təbii ki, müəyyən yerlərdə bölgülər var. Məsələn, bir hissə gənclər üçündür, digər hissə istirahət edənlər üçün və sairə.  Bizdə isə belə bölgünün oturuşması üçün zaman lazımdır. Bu cür halın bizdə də formalaşması üçün variantları düşünmək lazımdır. Konkret olaraq Gürcüstanla müqayisə aparırıqsa, burada bir sıra nüanslar var ki, ilk növbədə onları nəzərə almaq lazımdır. Əvvəla, Gürcüstan İslam ölkəsi deyil. Görürük ki, onların Avropaya axınına da rahatlıqla şərait yaratdılar. Hətta Gürcüstan Avropa Birliyinin üzvlüyü istiqamətində də addımlar atır. Halbuki Türkiyə illərdir bu istiqamət üzrə çalışsa da, Gürcüstan kimi onlara şərait yaradılmır. Yəni hər ölkənin mexanizmində olan dəyişikliyi Azərbaycana da tətbiq etmək olmaz. Çünki ilk növbədə cəmiyyətlərdə düşüncələr fərqlidir. Bu, turizmə də təsir göstərən faktordur. Sözsüz ki, ölkədə kazinolar yaratmaq olar. Ancaq bundan əlavə, hesab edirəm ki, sahə ilə bağlı mövcud boşluqların üzərində işləsək, kazino açmadan da turizm sektorundan gəlirləri artıra bilərik. Məsələn, dənizkənarı istirahət məkanlarında imkanları genişləndirmək lazımdır. Bakıda və bölgələrdə hotellərin tikilişində bu kimi məsələlərə diqqət yetirmək lazımdır. Bu, təkcə dövlətin məsələsi deyil. Özəl şirkətlər də məsələdə maraqlı olmalıdırlar. Yəni istirahət qurumları, turizm obyektləri bir qədər aktiv olmalıdırlar. Onlar özlərini reklam etmək üçün videoçarxlar da hazırlamalıdırlar”.

Georgia casino ile ilgili görsel sonucu

Ekspert hesab edir ki, bu sahədə inkişafın əsasında həm də reklam dayanır: “Əgər reklam etməsələr, turistlər bu obyektləri necə tanımalıdırlar? Ona görə də beynəlxalq turizm saytlarında qiymətləri, reklamları artırmaq lazımdır. Bütün bunlar olarsa, Azərbaycana da gələn turistlərin sayı çoxalar. Çünki dünyanı gəzmək istəyənlər rəngarəng düşünürlər. Onlar heç də yalnız Avropaya səfər etməyi qarşılarına məqsəd qoymayıblar. Düzgün iş aparılsa, Azərbaycana da gəlmək istəyənlərin sayı artar. Bizim özümüz də artıq Türkiyədən bezirik və Avropaya yönəlirik. Turizm dedikdə, sırf təkcə istirahət nəzərdə tutulmur. Bununla bərabər insanlar getdikləri ölkələrdə təhsillə də maraqlanırlar. Təhsil turizmi, halal turizm deyə anlayışlar da var. Hər kəsin özünün yanaşma tərzi var. Kazinoların açılması, marixuananın leqallaşması cəmiyyət tərəfindən problemlər yarada bilər. Artıq biz ərəblərin gəlişi ilə nə qədər problemlərdən yazırıq. Xeyli hadisələr baş verib. Marixuana və kazino məsələsi isə getdikcə təhlükəsizlik məsələsi baxımdan da problemlər yarada bilər”.


Tarix: 2-08-2018, 11:26
Xəbəri paylaş





Xəbər lenti