Amerika Neft İnstitutu: Ölkədə neft ehtiyatları artıb


Keçən həftə ABŞ-ın xam neft ehtiyatları artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, ötən həftə ölkədəki xam neft ehtiyatları 3,66 milyon barrel artaraq 410 milyon 860 min barrelə çatıb.

“Bloomberg”in sorğusuna görə, ehtiyatların 2,5 milyon barrel azalacağı nəzərdə tutulurdu.

Əvvəlki həftə ABŞ-ın neft ehtiyatları 6 milyon barrel azalmışdı.

Qeyd edək ki, ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər bu gün ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

Tarix: 15-08-2018, 15:09
Xəbəri paylaş





Xəbər lenti