“Türkiyə rəsmiləri mənimlə əlaqə saxlayaraq, təkliflərimi bəyəndiklərini bildirdilər” – İqtisadçı alim Qubad İbadoğlunun Türkiyəyə təqdim etdiyi 10 təklif

 “Türkiyə rəsmiləri təkrar mənimlə əlaqə saxlayaraq, təkliflərimi çox bəyəndiklərini, eynisini etdiklərini və edəcəklərini bildirdilər.”
Avropa.info xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu deyib. Xatırladaq ki, Qubad İbadoğlu ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsindən sonra, qardaş ölkənin iqtisadiyyatını böhrandan xilas etmək üçün təkliflər ünvanlayıb. Həmin təkliflər bunlardır:
1) Pul təklifinin tənzimlənməsi.
2) Faiz dərəcələrinin tənzimlənməsi.
3) Açıq bazar əməliyyatları üzrə alətlərdən istifadə olunması.
4) Vəsaitlərin cəlb olunması üzrə sterilizasiya xarakterli REPO və SVOP əməliyyatları üzrə tənzimlənmə.
5) Banklararası pul bazarında faiz dərəcələrinə təsir etmək məqsədilə sterilizasiya xarakterli əməliyyatlar
6) Hərraclar vasitəsilə yenidənmaliyyələşdirmə kreditləri ilə tənzimləmə.
7) Valyutalar üzrə deposit faizlərinin diversifikasiyası üzrə əməliyyatlar
8) Xarici valyutada öhdəliklər, eləcə də qeyri-rezident maliyyə sektorundan cəlb edilmiş vəsaitlər üzrə məcburi ehtiyat normaları üzrə əməliyyatlar.
9) Valyuta möhtəkirliyi, xaricə kapital axını və süni qiymət artımına qarşı əməliyyatlar
10) Mərkəzi Banka müstəqilliyin verilməsini, bazar iqtisadiyyatına sadiqliyi və reformaların davamlılığını əks etdirən siyasi iradənin nümayiş etdirilməsi.
Tarix: 15-08-2018, 16:34
Xəbəri paylaş





Xəbər lenti