ABŞ-ın neft ehtiyatları azaldı


ABŞ-ın kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə 5.8 milyon barrel (1.4 faiz) azalaraq 408.4 milyon barrelə çatıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Energetika İnformasiya İdarəsi (Eİİ) məlumat yayıb. Qurum həmçinin ABŞ-ın benzin ehtiyatlarının ötən həftə 1.2 milyon barrel artaraq 234.3 milyon barrel olduğunu açıqlayıb.

Eİİ-nin hesabatında xam petrol istehsalında ötən həftə 134 min barrel artım olduğu da qeyd edilib.

Qeyd edək ki, 2019-cu ildə ABŞ-ın xam neft istehsalının gündəlik 11.7 milyon barrelə çatacağı və dünyada ən böyük xam neft istehsalçısı Rusiyanı geridə qoyacağı ehtimal edilir.

Tarix: 23-08-2018, 08:37
Xəbəri paylaş





Xəbər lenti